1. Zəmənət Şərtləri
1.1. Satışa təqdim olunan bütün tibbi sərf materialları istehsalçı tərəfindən müəyyən edilmiş standartlara və keyfiyyətə uyğundur.
1.2. Məhsullar istehsalçının təqdim etdiyi zəmənət müddəti ərzində zəmanət altındadır.
1.3. Zəmənət yalnız məhsulun düzgün istifadəsi zamanı yaranan istehsal qüsurlarına şamil olunur.
2. Məhsulun Dəyişdirilməsi və Qaytarılması
2.1. Məhsulun çatdırılmasından sonra 14 gün ərzində müştəri məhsulun keyfiyyət qüsuru olduğunu aşkar edərsə, problem təsdiqləndikdən sonra məhsul dəyişdirilə və ya ödəniş geri qaytarıla bilər.
2.2. Məhsul dəyişdirilməsi və qaytarılması üçün aşağıdakı şərtlər ödənilməlidir:
-Məhsul orijinal qablaşdırmada, istifadə edilməmiş, əmtəə görünüşü pozulmamış və tam vəziyyətdə olmalıdır, birdəfəlik istifadə üçün nəzərdə tutulmuş məhsullar açıldıqda və ya qablaşdırma zədələndikdə məhsul geri qaytarılmır. İstehlakçının məhsuldan düzgün istifadə etmədiyi təsdiqlənərsə, zəmanət tətbiq edilmir.
-Məhsulun satınalma sənədi və ya kassa çek təqdim edilməlidir.
-Qanunvericilikdə nəzərdə tutulmuş digər hallar.
3. Zəmənət və Qaytarılma Müraciəti Prosesi
3.1. Müştəri zəmanət müraciətini etmək üçün aşağıdakı addımları izləməlidir:
-Set Medical MMC ilə əlaqə saxlayın: [ 012 464 88 11/050 409 90 98 / E-poçt ünvanı: info@setmedical.az, sales@setmedical.az ].
-Məhsulun problemi barədə ətraflı məlumat verin (mümkünsə şəkillər və ya videolar təqdim edin), ehtiyac duyulduqda məhsul yoxlanması üçün şirkətə təqdim olunmalıdır.
-Satınalma sənədini təqdim edin.
3.2. Müraciət qəbul edildikdən sonra şirkət 5 iş günü ərzində məhsulu yoxlayacaq və qərar barədə müştərini məlumatlandıracaq.
4. Zəmənət Şərtlərinə Daxil Olmayan Hallar
Zəmənət aşağıdakı hallara şamil edilmir:
4.1. Yanlış İstifadə
4.1.1. Məhsulun düzgün istifadə edilməməsi nəticəsində yaranan zədələr zəmanətə aid edilmir. Misallar: Məhsulun təyinatından kənar istifadə edilməsi, təhlükəsizlik tədbirlərinə riayət edilməməsi, məhsulun istifadə təlimatına uyğun olmayan texniki dəyişikliklər...
4.2. Düzgün Saxlanmama
4.2.1. Məhsulun saxlanma şəraitinə riayət olunmaması zəmanəti etibarsız edir. Misallar:
Məhsulun yüksək nəmlik, həddindən artıq istilik və ya soyuq şəraitdə saxlanılması, məhsulun açıq günəş işığı altında uzun müddət saxlanması, orijinal qablaşdırmanın lazımsız yerə açılması və ya zədələnməsi...
4.3. Xarici Təsirlər və Zərər
2.3.1. Məhsulun fiziki zədələnməsi, xarici təsirlər və ya istifadəçinin hərəkətləri nəticəsində yarana bilən problemlər zəmanətə daxil deyil. Misallar: Məhsulun yerə düşməsi və ya mexaniki zədə alması, kimyəvi maddələrlə, su ilə təmas nəticəsində məhsulun zədələnməsi, məhsulun istifadəsi zamanı nəzərdə tutulmayan aksessuar və ya avadanlıqdan istifadə.
4.4. Düzgün Quraşdırma və İstifadə Təlimatları
4.4.1. Məhsulun düzgün quraşdırılmaması və ya təlimatlara uyğun istifadə edilməməsi zəmanətə aid edilmir.
5. Əlaqə Məlumatları:
Şirkət adı: "SET MEDİCAL" Məhdud Məsuliyyətli Cəmiyyəti
Ünvan: AZ1052, BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU,
ƏHMƏD RƏCƏB küç, 1/27, ev 3, m. 19
Telefon: 012 464 88 11/051 409 90 98
E-poçt: info@setmedical.az, sales@setmedical.az
Veb-sayt: www.setmedical.az